xebermen.az

Bu marşrut xəttləri bərpa olunur - gediş haqqı 50-70 qəpik

14-09-2025, 15:24

 

157 və 503 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar - "BusTrans" MMC və "BakuBus" MMC yeni avtobuslarla xətlərin istismarını müvafiq olaraq sentyabrın 14-ü və 15-də həyata keçirəcəklər.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hər iki marşrut üzrə sərnişindaşıma nağdsız ö'dəniş əsasında fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut üzrə gedişhaqqı 0.50 qəpik, Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə isə 0.70 qəpik təşkil edəcək.

Qeyd edək ki, 503 saylı avtobus bir müddət idi işləmirdi. Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən bu marşrut xəttinin fəaliyyətini dayandırması sakinlərin na'razılığına səbəb olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031