xebermen.az

BMT-dən Fələstinə dəstək bəyannaməsi - Azərbaycan da lehinə səs verdi

13-09-2025, 10:09

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.


142 ölkə sənədin lehinə, 10-u əleyhinə səs verib.


Bəyannamənin lehinə səs verən ölkələr arasında Azərbaycan da var. Ermənistan da eyni mövqeni bölüşüb, Gürcüstan isə səsverməyə qatılmayıb.


Əleyhinə səs verənlər arasında İsrail, ABŞ, Argentina və Macarıstan da yer alıb. Daha 12 ölkə isə bitərəf qalıb.


Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031