xebermen.az

“YouTube” çoxdilli audio funksiyasını istifadəyə verdi

12-09-2025, 09:58

 

Uğurlu iki illik pilot proqramdan sonra "YouTube" bütün istifadəçilərə videolarını bir neçə dildə dublyaj etmək imkanı təqdim edən çoxdilli audio funksiyasını istifadəyə verdiyini açıqlayıb.


Bu yenilik sayəsində yaradıcılar videolarını müxtəlif dillərə uyğunlaşdıra biləcək və beləliklə, öz auditoriyalarını əhəmiyyətli dərəcədə genişləndirəcəklər.


Xatırladaq ki, çoxdilli audio ilk dəfə 2023-cü ildə "MrBeast" kimi məşhur kontent istehsalçılarının iştirakı ilə sınaqdan keçirilmişdi. Proses çərçivəsində "YouTube" həmçinin "Google"un Gemini texnologiyasına əsaslanan süni intellekt aləti hazırlayıb. Bu sistem istifadəçilərin səsini və emosiyalarını təqlid edərək avtomatik dublyaj yaradır.


Yeni funksiyanın tətbiqi videoların baxış saylarının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031