xebermen.az

Dietoloq enerji içkiləri ilə bağlı acı həqiqəti açıqladı

6-09-2025, 10:54

 

Populyar içkilərdən olan enerji içkilərinin qısa müddətlik güc versə də, onların effekti aldadıcıdır.

Bunu Rosbiotex Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk 30-60 dəqiqədə enerji artımı hiss olunur, çünki orqanizmdə adrenalin və dopamin ifrazı artır. Lakin 2-3 saatdan sonra yorğunluq yaranır, diqqət zəifləyir, əsəbilik və əzələ titrəməsi müşahidə oluna bilər.

Lebedeva xəbərdarlıq edib ki, iki və ya daha çox banka energetik içmək beynin yüklənməsinə, iş qabiliyyətinin azalmasına gətirib çıxarır.

Həkim məsləhət görür ki, enerji içkilərinin əvəzinə su için: "Birdəfəyə 200 mq-dan çox kofein qəbul etməyin. Enerji içkiləri yalnız fövqəladə hallarda istifadə olunmalıdır, onlar sağlam yuxunun və düzgün rejimin əvəzi ola bilməz. Daimi istifadəsi xroniki yorğunluq sindromuna və yaddaşın zəifləməsinə səbəb ola bilər", - o söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930