xebermen.az

Alimlər gələcəkdəki insanlara bu mesajı qoydu

5-09-2025, 09:45

 

ABŞ-nin Corciya ştatında yerləşən Oglethorpe Universiteti 1940-cı ildə xüsusi bir zaman kapsulu hazırlayıb. 

 “Mədəniyyətin Mahzeni” adlanan bu kapsul 8113-cü ildə açılacaq. Məqsəd bugünkü bilik və mədəniyyəti gələcək insanlara çatdırmaqdır. Kapsul firon məzarına bənzər şəkildə tikilib. İçində caz musiqi yazıları, köhnə filmlər, 100 kitabın mikrofilmi, Donald Duck fiquru və bütün əşyaların izah edildiyi bir dəftər var.

Layihəni Dr. Thornwell Jacobs hazırlayıb. O, gələcəkdə dil maneəsi ola biləcəyini düşünüb və bu səbəbdən “dil inteqratoru” adlı cihaz düzəldib. Bu cihaz şəkilləri və adlarını səsli oxuya bilir.

8113-cü ilin seçilməsi də təsadüfi deyil. Bu tarix Misir təqviminin başlanğıcı ilə kapsulun bağlandığı ilin ortası kimi hesablanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930