xebermen.az

Hamilə qadın otaq yoldaşlarını belə aldatdı: Şok dələduzluq

5-09-2025, 09:44

 

Rusiyada doğum evlərinin birində dələduzluq hadisəsi baş verib.

Bir neçə ay əvvəl xəstəxanada üçüncü övladını gözlədiyini deyən qadın palata yoldaşlarını aldadaraq milyonlarla rubl pulunu mənimsəyib. O, digər hamilə qadınlara müxtəlif sosial müavinətlər almağın yollarını öyrədəcəyini vəd edib.Beləcə, onların etibarını qazanaraq telefon nömrələrini və digər zəruri məlumatları öyrənib. Qadınlara da yalandan onların adına ödənişlər həyata keçirdiyini deyib. Daha sonra o, qadınların adına kredit götürərək pulları öz hesabına köçürüb.

Zərərçəkmişlər bundan yalnız bir neçə ay sonra, borc kollektorları zəng edib ödəniş tələb edəndə xəbər tutublar. Hazırda qadının vurduğu ziyanın ən azı 6 milyon rubl olduğu deyilir. Lakin istintaq orqanları zərərçəkmişlərin sayının daha çox ola biləcəyini istisna etmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930