xebermen.az

Ürəyin qocalmasına səbəb olan gözlənilməz amil açıqlandı

3-09-2025, 11:17

 

Təkcə orqanizmdəki yağ miqdarı deyil, onun bədəndə yerləşmə forması da ürəyin və qan damarlarının qocalma sürətinə təsir göstərir.

Bu barədə britaniyalı alimlərin araşdırmasının nəticələri "European Heart Journal" jurnalında dərc olunub.

Məlumata görə, tədqiqatda miokard patologiyası olmayan 21 mindən çox könüllü iştirak edib. Alimlər tədqiqat zamanı "kardioloji yaş"ı - yəni insanın faktiki yaşı ilə onun ürəyinin və qan damarlarının vəziyyəti arasındakı fərqi qiymətləndiriblər.

Sağlamlıq üçün ən təhlükəli yağ tipləri kimi daxili orqanları əhatə edən viseral piy, əzələlərdə yağ infiltrasiyası (miosteatoz) və qaraciyərdə lipid yığılması müəyyən edilib. Bu faktorlar həm kişilərdə, həm də qadınlarda ürək-damar sisteminin qocalma prosesini sürətləndirib.

Eyni zamanda, yağın paylanmasının cinsə görə təsiri də fərqli olub. Kişilərdə miokardın (ürək divarının orta əzələ təbəqəsi, ürəyin hərəkətinə və qan dövranının təmin edilməsinə cavabdehdir - red.) vaxtından əvvəl aşınmasına qarın nahiyəsində və bədənin aşağı hissəsində toplanan yağ səbəb olub. Qadınlarda isə omba nahiyəsindəki piy toplanması əksinə, qoruyucu təsir göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930