xebermen.az

Bərdədə polis əməliyyat keçirdi - Saxlanılanlar var

2-09-2025, 12:03

 Bərdədə polis əməliyyat keçirdi - Saxlanılanlar var

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031