xebermen.az

Çin alimlərindən yeni ixtira: Bədən istiliyi elektrik enerjisinə çevriləcək

2-09-2025, 11:40

 

Çin alimləri insan bədəninin istiliyini elektrik enerjisinə çevirə bilən elastik material yaradıblar. Bu kəşf gələcəkdə özünü enerji ilə dolduran "ağıllı" geyimlərin və geyilə bilən qadcetlərin hazırlanmasına imkan verəcək.

Bu barədə məlumatı "South China Morning Post" qəzeti yayıb.

Nəşrin yazdığına görə, ixtira geyilə bilən cihazların tez-tez şarj edilməsinə olan ehtiyacı aradan qaldıra bilər.

Alimlər materialı elə formada inkişaf etdirməyi planlaşdırırlar ki, o paltarların içinə yerləşdirilsin və bədən istiliyini tənzimləməklə yanaşı, cibdəki telefonu enerji ilə doldura bilsin.

Bundan başqa, materialın potensial tətbiq sahələri sırasında xarici batareyaya ehtiyac duymayan tibbi sensorlar da göstərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031