xebermen.az

Ərdoğan Paşinyanı qəbul etdi: Nələr müzakirə olunub?

1-09-2025, 10:10

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.


Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Çinin Tiencin şəhərində səfərdə olan Ərdoğan sammit çərçivəsində təmaslarını davam etdirir.


Ərdoğanın Paşinyanla görüşündə Türkiyə-Ermənistan münasibətləri, Cənubi Qafqazda davamlı sabitlik və sülhə doğru atılan addımlar müzakirə edilib.


Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişatından məmnunluğunu ifadə edib. Türkiyənin bölgədə sülh, sabitlik və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyə davam edəcəyini qeyd edib.


Prezident həmçinin, Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlmiş addımların nəzərdən keçirildiyini bildirib.


Görüşdə eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031