xebermen.az

Salyandakı dəhşətli qəzada xəsarət alanların vəziyyəti açıqlandı - Yeniləndi

31-08-2025, 15:24

 Salyandakı dəhşətli qəzada xəsarət alanların vəziyyəti açıqlandı - Yeniləndi

Bu gün saat 05:10 radələrində Salyan rayonu, Şorsulu kəndində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (3 kişi cinsli, 2 qadın cinsli) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.



Bu barədə TƏBİB-dən məlumat verilib.



Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.



Vəziyyəti stabil olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.



Hazırda 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.



***



Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan rayonu, Şorsulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.



FHN-dən bildirilib ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.



Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 3 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.



Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər sağ və 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930