xebermen.az

Odessa sahillərində gəmi partlayıb

31-08-2025, 15:22

 Odessa sahillərində gəmi partlayıb

Odessa sahilləri yaxınlığında mülki gəmi naməlum partlayıcı qurğu üzərinə çıxaraq partlayıb.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat verib.

Onun sözlərinə görə, ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Gəmi yoxlanılır və ehtimal olunur ki, hərəkətini davam etdirə biləcək.

Odessanın "Dumskaya" nəşri isə mənbələrə istinadən yazır ki, Beliz bayrağı altında üzən "NS PRIDE" adlı quru yük gəmisi zədələnib.

Hadisə Çernomorsk limanı yaxınlığında baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031