xebermen.az

Çikunqunya virusu: Çində bir həftə ərzində 225 yoluxma

31-08-2025, 15:22

Çikunqunya virusu: Çində bir həftə ərzində 225 yoluxma 

Çinli həkimlər avqustun 24-dən 30-dək ölkənin cənubundakı Quandun əyalətində çikunqunya virusuna 225 yeni yoluxma halı aşkarlayıblar.

Bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Foşanda 119, Quançjouda 49, Şençjendə 16 yoluxma halı qeydə alınıb, qalanları isə əyalətin digər şəhərlərində aşkar edilib. Yoluxanlar xəstəliyi yüngül formada keçirirlər.

Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində, Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb. Çinin cənubunda aşkarlanan qızdırma hallarının ümumi sayı 10 minə yaxındır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031