xebermen.az

Çin və Ermənistan strateji tərəfdaş oldu

31-08-2025, 13:40

 

Çin və Ermənistan strateji tərəfdaşlıq münasibətləri qurdu.


Bunu Çin Xalq Respublikasının sədri Si Cinpin və Ermənistanın Baş naziri Nikol Paşinyan Çin şəhəri Tiencində keçirilən görüş zamanı bəyan ediblər.


“Strateji tərəfdaşlığın qurulması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir”, - Si Cinpin bildirib:


O əlavə edib ki, Pekin və İrəvan öz ənənəvi dostluqlarını davam etdirməli, bir-birini qətiyyətlə dəstəkləməli, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməli və ikitərəfli münasibətlərdə yeni uğurlara can atmalıdırlar.


Çin lideri həmçinin “Bir kəmər — bir yol” təşəbbüsünün birgə inkişaf etdirilməsinə çağırıb, ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Çin Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930