xebermen.az

BDYPİ-dən bu nəqliyyat vasitələrinin sürücülərinə XƏBƏRDARLIQ

30-08-2025, 16:18

 

Nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməməsi və atmosferə normadan artıq zərərli tullantılar buraxması insanların sağlamlığına və ətraf mühitə ciddi ziyan vurur.

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə ünvanladığı xəbərdarlıqda deyilir.

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən mütəmadi olaraq keçirilən nəzarət-profilaktik tədbirlər zamanı texniki cəhətdən nasaz və ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri müəyyən edilərək hərəkətdən kənarlaşdırılır, sürücüləri isə inzibati məsuliyyətə cəlb edilir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqətlə yanaşmağı, onların ekoloji tələblərə cavab verməsinə xüsusi önəm verməyi və yol hərəkəti təhlükəsizliyini hər zaman ön planda saxlamağı tövsiyə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930