xebermen.az

"Telegram"dan hər kəs pul qazana biləcək

29-08-2025, 10:06

 

Bu tətbiq rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevrilir.


"Telegram" platforması uzun müddət davam edən sınaqlardan sonra "Stars" (Ulduzlar) adlanan rəqəmsal valyutanı bütün istifadəçilərin ixtiyarına buraxıb. Bu yenilik sosial şəbəkənin sadəcə ünsiyyət vasitəsi olmadığını, həm də gəlir mənbəyinə çevrildiyini göstərir.


Yeni qaydalara əsasən, istifadəçilər əldə etdikləri ulduzları 21 gün gözlədikdən sonra real pula çevirə biləcəklər. Bunun üçün xüsusi şərt qoyulub - nağdlaşdırma prosesi yalnız Fragment platforması vasitəsilə aparılacaq və istifadəçi KYC (şəxsiyyətin təsdiqlənməsi) prosedurundan keçməlidir. Bu da öz növbəsində sistemin şəffaflığını və təhlükəsizliyini təmin edir.


Əldə olunan ulduzlardan həmçinin "Telegram" daxilində reklam almaq, mini-applikasiyalara ödəniş etmək və digər xidmətlərdə istifadə etmək mümkündür. Çıxarış üçün tələb olunan minimum hədd isə 1000 ulduz olaraq müəyyənləşdirilib.


Ekspertlərin fikrincə, bu addım "Telegram"ı sadəcə mesajlaşma tətbiqindən daha çox rəqəmsal iqtisadiyyatın yeni oyunçusuna çevirəcək. Beləliklə, kontent yaradıcıları, kanal sahibləri və hətta adi istifadəçilər artıq Teleqram üzərindən ciddi pul qazanmaq imkanı əldə edirlər.


Bu yenilik "Telegram"ın qlobal bazarda maliyyə texnologiyalarına daha sıx inteqrasiyasının başlanğıcı kimi qiymətləndirilir. İndi artıq sosial şəbəkədən yalnız yazışma üçün deyil, gəlir mənbəyi kimi istifadə etmək mümkün olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031