xebermen.az

Özcan Denizin evinə SİLAHLI BASQIN - Ölümlə təhdid edildi

29-08-2025, 09:59

 

Türkiyəli sənətçi Özcan Deniz bu dəfə səhnə performansları ilə deyil, ailə problemi ilə gündəmə gəlib.


Ifaçının qardaşı Ercan Deniz aralarında yaranan maddi mübahisə zəminində məşhur sənətçinin Zekeriyaköydəki evinə silahla basqın edib.


Ercan Deniz silahla qardaşının evinə gedərək, "Məndən oğurladıqlarını mənə verməsən, həm səni, həm də özümü öldürəcəyəm", - deyə onu hədələyib.


Ailə münaqişəsinin kökündə maliyyə problemlərinin dayandığı iddia edilir. Özcan Deniz illər əvvəl Ercan Denizin götürdüyü kreditlərə zamin olub, lakin borclar ödənilməyəndə, sənətçi külli miqdarda zərərə düşüb və onun bank hesablarına həbs qoyulub.


Qardaşların anası Kadriye Deniz bildirib ki, artıq övladları arasında anlaşma əldə olunub. Özcan iki villanı Ercanın adına keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031