xebermen.az

Kosmik kəpənək Yerin mənşəyinin sirrini açdı

29-08-2025, 09:57

 

Astronomlar Ceyms Veb kosmik teleskopundan istifadə edərək məşhur Kəpənək planet dumanlığını ətraflı tədqiq ediblər.

Tədqiqatın nəticələri "Monthly Notices of thr Royal Astronomical Society" jurnalında dərc edilib.

3400 işıq ili uzaqlıqda yerləşən Kəpənək dumanlığı olaraq bilinən NGC 6302 planetar dumanlığının tam mərkəzində astronomlar Yer kimi sərt planetlərin necə əmələ gələ biləcəyinə dair mühüm kəşf ediblər.

Elm adamları müəyyən ediblər ki, sərt planetlərin mənbəyi mineralların və üzvi maddələrin kiçik hissəciklərindən ibarət kosmik tozdur.

Alimlərin fikrincə, onlar sərt planetlərin yaranması üçün mənbə materialının formalaşmasını anlamaq yolunda irəliyə doğru addım atıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930