xebermen.az

165 milyon il əvvəl yaşayıb: tikanlı dinozavr kəşf edildi

28-08-2025, 09:33

 

Alimlər boynundan bir metr uzunluğunda tikanlar çıxan nadir dinozavr növü kəşf ediblər.

Mərakeş ərazisində edilən kəşf alimləri heyrətləndirib.

Onlar hesab edirlər ki, bu tapıntı zirehli dinozavrların təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirilməsini zəruri edir.

Belə ki, “Spicomellus afer” adlanan növün bu nümayəndəsi 165 milyon il əvvəl yaşayıb. O, zirehli dinozavrların ən qədim nümunəsi, eyni zamanda indiyədək aşkar edilmiş ən qeyri-adi dinozavrlardan biri hesab edilir.

London Təbiət Tarixi Muzeyindən professor Syuzanna Meydment bildirib ki, tikanların birbaşa sümüyə birləşməsi olduqca nadir hadisədir. Onun sözlərinə görə, bu xüsusiyyəti nə qədim, nə də müasir heyvanlarda görmək mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031