xebermen.az

Ordubadda “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpasına başlanıldı

27-08-2025, 21:02

 

Ordubad şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb.


Bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Qeyd eolunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələr, habelə investisiya layihələri nazirlik tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Görülən işlərin davamı olaraq, "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031