xebermen.az

Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa etmək istəyir

27-08-2025, 21:01

 

Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər,

Bu haqda “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Bu qərarın Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə biləcəyi qeyd edilir. Həmin ölkələrin hakimiyyət orqanları bu qərar barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.

İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa oluna bilər.

Ancaq Britaniya, Almaniya və Fransa eyni zamanda Tehranın konkret tədbirləri təxirə salmaq üçün 30 gün ərzində nüvə proqramı ilə bağlı öhdəlikləri yerinə yetirəcəyini ümid edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930