xebermen.az

Bu ölkədə məktəbli qızlara hicab taxmaq qadağan ediləcək

27-08-2025, 15:54

 

Avstriya hakimiyyəti bu payızda 14 yaşından kiçik qızlar üçün məktəblərdə hicab taxmağı qadağan etməyi planlaşdırır. 

Bunu respublikanın gənclər, ailə, Avropa İttifaqı və inteqrasiya üzrə naziri Klaudiya Plakolm deyib.

“Mənim üçün söhbət hansısa dinin nümayəndələri ilə bağlı deyil, qızın başında 14 yaşına qədər hicaba yer olmamasından gedir”, - deyə nazir qeyd edib. O bildirib ki, İslam dinində də belə bir tələb yoxdur.

Plakolm əlavə edib ki, hicabla bağlı rəsmi qadağa ilə yanaşı, tələbələrə psixoloji yardım göstəriləcək, o cümlədən, lazım gələrsə, valideynlərlə söhbət də aparılacaq. Bundan əlavə, məktəb uşaq və gənclərin müdafiəsi agentliklərini cəlb edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930