xebermen.az

Türkiyədən İstanbul görüşü ilə bağlı ÜMİDSİZ AÇIQLAMA

25-08-2025, 08:47

 

Türkiyə Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin İstanbulda baş tutub - tutmayacağını hələ bilmir.

Bu barədə "RİA Novosti" Ankaradakı diplomatik mənbəyə istinadla məlumat yayıb.

“Bizim prosesin davam edib-etməyəcəyi ilə bağlı hələlik konkret məlumatımız yoxdur”, - agentliyin mənbəsi bildirib. O vurğulayıb ki, görüşün tarixini və yerini Moskva və Kiyev özləri seçirlər.

Bundan əvvəl Ukrayna xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsya danışıqların aparılması üçün şərtləri sadalamışdı. Onun sözlərinə görə, Volodimir Zelenski ərazi məsələlərini yalnız hazırkı cəbhə xətti formatında və müstəsna olaraq Rusiya lideri Vladimir Putinlə görüşdə müzakirə etməyə hazırdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930