xebermen.az

Ödənişli onlayn oyunlar qadağan edilir - 3 ilə qədər həbs cəzası

20-08-2025, 13:30

 

Hindistan hökuməti asılılıq riski səbəbindən ödənişli onlayn oyunları qadağan etməyi planlaşdırır.
 
“Onlayn Oyunların Təşviqi və Tənzimlənməsi Qanunu”na əsasən, psixoloji və maddi zərər verdiyi iddia edilən bu cür oyunları təklif, təşviq etmək və oynamaq qadağan ediləcək.
 
Hələ ictimaiyyətə açıqlanmayan, lakin nəzərdən keçirilən 13 səhifəlik qanun layihəsi sözügedən oyunları istifadəçilərin pul yatıraraq maliyyə və ya digər mükafatlar gözlədiyi oyunlar kimi təyin edir.
 
Qanun layihəsinə əsasən, bu cür oyunları təklif edənləri 3 ilə qədər həbs və cərimə gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930