xebermen.az

Rusiya miqrantlar üçün bu rüsumu qaldırır

18-08-2025, 21:27

 

Rusiya Dövlət Duması miqrantlar üçün sürücülük vəsiqələrinin alınması üçün rüsumun təxminən beş dəfə artırılmasını təklif edib.

Təşəbbüsün məqsədi yol hərəkəti təhlükəsizliyinə nəzarəti artırmaqdır. Parlamentarilər Rusiya Maliyyə Nazirliyinə müvafiq sorğu göndəriblər.

"Son illərdə Rusiyada sərnişindaşıma sektorunda, xüsusən də taksilərdə işləyən əcnəbilərin sayında artım müşahidə olunur. Eyni zamanda, əcnəbi sürücülərin iştirakı ilə baş verən qəzaların sayının artması ciddi narahatlıq doğurur", - müraciətin mətnində deyilir.

2025-ci il sentyabrın 1-dən sürücülük vəsiqəsinin verilməsi üçün dövlət rüsumu 4 min rubl (təxminən 85 manat) təşkil edəcək. Təşəbbüsü irəli sürən deputatlar hesab edirlər ki, miqrantlar üçün rüsum 20 min rubla (təxminən 425 manat) qaldırılmalıdır. Onların fikrincə, bu, miqrasiya siyasətinin səmərəliliyini və büdcə gəlirlərini artıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930