xebermen.az

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

18-08-2025, 12:30

 

Xüsusilə yay aylarında çox görülən tərləmə və pis bədən qoxusunun pəhriz və vitamin çatışmazlığı ilə bağlı ola biləcəyi bildirilib.

Daxili Xəstəliklər Mütəxəssisi Dr. Betül Bal, diabet, böyrək və qaraciyər xəstəliklərinin bədəndə müxtəlif qoxulara yol açdığını, eyni zamanda göbələk, bakterial infeksiyalar və həzm problemlərinin də tərlə birləşərək pis qoxuya səbəb olduğunu açıqlayıb.

O, xüsusilə B vitamini çatışmazlığının bu problemi gücləndirdiyini vurğulayıb. Qidalanmada cəfəri, nanə, yaşıl çay, qatıq, alma, xiyar və bol suyun faydalı olduğunu deyən həkim, qoxu problemi yaşayanların pəhrizlərinə diqqət etməli olduğunu qeyd edib.

Sarımsaq, soğan, ədviyyatlı yeməklər, qırmızı ət, bəzi balıqlar və həddindən artıq kofeinin isə tərləməni artıraraq kəskin qoxulara səbəb ola biləcəyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031