xebermen.az

Elməddin Mehdiyev BMT Fondunun Məşvərət Qrupuna üzv təyin olundu

16-08-2025, 12:15

 

Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin olunub.

E.Mehdiyevin namizədliyi rəsmi olaraq XİN tərəfindən irəli sürülüb.

BMT Baş katibinin təyinatı ilə sözügedən Məşvərət Qrupuna Azərbaycandan əlavə Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika Respublikası və İsveçin namizədləri üzv olublar. 3 il müddətinə təyin olunmuş ümumilikdə 23 üzvdən ibarət olan və ildə iki dəfə toplanan Məşvərət Qrupu BMT Baş katibinə humanitar fəaliyyətlər, o cümlədən CERF-in işi ilə bağlı müvafiq tövsiyələr verirlər.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavininin rəhbərliyi altında fəaliyyət göstərən CERF dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların aradan qaldırılması üçün təcili maliyyə yardımının göstərilməsini bilavasitə təşkil edən BMT-nin əsas qurumlarından biridir.

Azərbaycan nümayəndəsinin qeyd edilən quruma təyin olunması ölkəmizin donorluq fəaliyyətinin uğurunun və beynəlxalq birlik tərəfindən təqdir olunmasının göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930