xebermen.az

İlham Əliyevin Qazaxıstana səfəri planlaşdırılır

15-08-2025, 09:38

 

2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri baş tuta bilər.

Bu barədə avqustun 15-də Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Onun sözlərinə görə, məsələ bu yaxınlarda iki dövlət başçıları arasında telefon danışığı zamanı qaldırılıb.

"Hazırda tərəflər səfərin konkret tarixlərini və onun məzmununu müzakirə edirlər", - o qeyd edib.

Ötən il Qazaxıstan Prezident Qasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edib.Ölkə liderləri ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldıran və iki dövlət arasında müttəfiqlik münasibətlərini möhkəmləndirən mühüm sənədlər imzalayıblar.

Avqustun 10-da Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ilə Azərbaycan Prezidenti arasında telefon danışığı olub. O, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə dair tarixi Bəyannamənin imzalanması münasibətilə İlham Əliyevi təbrik edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930