xebermen.az

ABŞ-dan ŞOK GEDİŞ - Görüş günü Rusiya bu üsulla "VURULDU"

15-08-2025, 09:35

 

ABŞ Maliyyə Nazirliyi Rusiyanın A7 ödəniş sistemini, kriptovalyuta birjası “Grinex”i və bir neçə başqa şirkəti sanksiyalar siyahısına əlavə edib.

Müvafiq qərar nazirliyin rəsmi saytında dərc olunub.

Orada bildirilir ki, ABŞ Maliyyə Nazirliyi ABŞ-da məşhur kiber cinayətkarlara və şantaj proqramlarının müəlliflərinə birbaşa yardım etdiyinə inanılan kriptovalyuta birjası "Garantex"i yenidən sanksiyalar siyahısına salır. ABŞ tərəfinin məlumatına görə, "Garantex" 2019-cu ildən bəri 100 milyon dollardan çox məbləğdə tranzaksiya həyata keçirib.

Bundan əlavə, "Garantex"in varisi sayılan "Grinex" də sanksiyalar siyahısına daxil edilib.

Nazirlik həmçinin "Garantex"in üç rəhbərinə və Rusiyada, eləcə də Qırğızıstanda yerləşən, birja ilə əlaqəli altı şirkətə qarşı tədbirlər görüb. Onlar birjanın zərərli kiberfəaliyyətdə iştirakını dəstəkləməkdə ittiham olunurlar.

Xatırladaq ki, avqustun 15-də Alyaskada Rusiya-ABŞ sammiti keçiriləcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930