xebermen.az

Tramp-Putin sammiti öncəsi Alyaskada fəlakət xəbərdarlığı

14-08-2025, 09:00

 

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Alyaskanın paytaxtı Juno şəhərindəki Mendenhal buzlağı ətrafında güclü daşqın riskinin olduğunu açıqlayıb.

Məlumatı "Juneau Empire" internet saytı yayıb.

Hakimiyyət orqanları Juneau sakinlərini təxliyə etməyə çağırıb.

Milli Hava Xidmətinin (NWS) rəsmisi Nikol Ferrin daşqın riskini şərh edərkən: "bizim məlumatlara əsasən, bu, yeni rekord olacaq" deyib.

Geniş bir vadidə yerləşən Mendenhal buzlağı hövzədə "İntihar" su gölü üçün buz bəndi rolunu oynayır. Hövzədən axan su 2011-ci ildən bəri fasilələrlə daşqınlara səbəb olur.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyinin təsiri ilə bu daşqınlar ildən-ilə güclənir.

Qeyd edək ki, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin son illərdə ilk dəfə üz-üzə görüşəcəklər.

Sel fəlakəti riskinin iki liderin görüşünün planlaşdırıldığı gündə baş verməsi mühüm faktor kimi qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031