xebermen.az

Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

13-08-2025, 20:32

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar.

Xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarından (xərclər nəzərə alınmadan) vergi tutulacaq.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, onların əldə etdikləri icra haqları qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab ediləcək.

Layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulur.

"Sosial sığorta haqqında" qanunda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minimum aylıq əməkhaqqının beş mislinin 25 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.

"Tibbi sığorta haqqında" qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930