xebermen.az

İndiyədək Ukraynaya nə qədər humanitar yardım göndərilib?

13-08-2025, 20:28

 

Müharibə şəraiti ilə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş ümumi humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.

Bunu Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Azərbaycandan Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı jurnalistlərlə açıqlamasında deyib.

O bildirib ki, avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərilməsindən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930