xebermen.az

Rusiyanın miqrantlarla bağlı qərarı öz başlarında çatlayacaq - Necə?

12-08-2025, 09:10

 

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun əcnəbilərin kuryer kimi işə götürülməsini məhdudlaşdıran fərmanı çatdırılma qiymətlərini artıracaq.

Bunu Rusiyanın Poçt-kuryer şirkətləri Assosiasiyasının prezidenti Aleksandr Mityukov bildirib.

O deyib ki, kuryer işinə əcnəbilərin cəlb edilməsini məhdudlaşdırmaq qərarından sonra çatdırılma bazarında noyabr ayına qədər işçi çatışmazlığı yaranacaq.

Assossasiya rəhbəri qeyd edib ki, Sankt-Peterburq qubernatoru Beqlova bu barədə əvvəlcədən müraciət olunsa da, o bazarın və sahibkarların tələbini nəzərə alınmayıb.

Onun sözlərinə görə, çatdırılma qiymətləri iki dəfə, kuryerlərin əmək haqqı isə 20% arta bilər: “Çatdırılma xidmətində çalışan işçilərinin sayının azalması kiçik və orta biznesə ən mənfi təsir göstərəcək”.

Mityukov vurğulayıb ki, hazırda Sankt-Peterburqda 60 mindən çox kuryer işləyir ki, onların da təxminən 20%-i təcrübəli çatdırılma işçiləridir.

O, bildirib ki, miqrantları çatdırılmada əvəz etmək çətin olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031