xebermen.az

"Evlərdən uzaq durun" - Ekspertdən xəbərdarlıq

11-08-2025, 10:02

 

Balıkəsirin Sındırgı rayonunda avqustun 10-da baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı tanınmış geoloq Prof. Dr. Naci Görür sosial mediada açıqlama verib.

AFAD-ın məlumatına görə, saat 19:53-də qeydə alınan təkan 11 kilometr dərinlikdə baş verib və sonrasında maqnitudası 4,6, 4,1 və 4,0 olan üç artçı zəlzələ müşahidə olunub.

Prof. Dr. Naci Görür paylaşımında zəlzələnin Simav Fay Zonası, Sındırgı seqmentində, sağ-yan fay üzərində meydana gəldiyini bildirib:

"Kiçik bir zəlzələ deyil, orada dağıntılar ola bilər. Daha böyük zəlzələ olacağını düşünmürəm. Bir müddət evlərdən uzaq durun." - deyə o, sakinləri ehtiyatlı olmağa çağırıb.

Mütəxəssis həmçinin bölgədəki artçı təkanların davam edə biləcəyini, buna görə də zərər görmüş binalara daxil olunmamasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, zəlzələ nəticəsində bir nəfər həlak olub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031