xebermen.az

Kremldən Kiyevə ƏDALƏTSİZ TƏKLİF - Bu əraziləri geri qaytarmaq istəmirlər

11-08-2025, 09:52

 

Kreml Xerson və Zaporojya vilayətlərinin ərazilərini Ukraynaya qaytarmaq fikrində deyil.

Bu barədə “The Washington Post” (WP) münaqişənin nizamlanması üzrə danışıqların təfərrüatları ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.

Agentliyin mənbəsinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla bu yaxınlarda keçirdiyi görüşdə “Zaporijjya və Xerson vilayətlərində döyüşləri dayandırmağa hazır olduğunu” bəyan edib. Eyni zamanda, amerikalıların bunu rus qoşunlarının bu bölgələrdən çıxarılması təklifi kimi qəbul etdikləri iddia edilir.

Lakin mənbə bildirib ki, Kreml Rusiyaya Krıma quru dəhlizi təmin edən Xerson və Zaporojye bölgələrindəki əraziləri geri qaytarmaq istəmir.

Həmçinin qeyd edilib ki, Rusiya Ukraynaya atəşkəs müqabilində Luqansk və Donetsk vilayətlərinin də daxil olduğu Donbasdan imtina etməyi təklif edib, lakin bunun müqabilində başqa heç nə təklif etməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031