xebermen.az

Qəzzada ərzaq böhranı - Acından ölənlərin sayı artdı

10-08-2025, 18:08

 

Qəzza zolağında davam edən ərzaq böhranı insan tələfatına səbəb olmağa davam edir.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin ümumi sayı 217-yə yüksəlib.

Onlardan 100-nün uşaq olduğu bildirilir.

Son 24 saatda daha beş nəfər həyatını itirib

Nazirliyin açıqlamasına əsasən, son sutka ərzində Qəzza xəstəxanalarında ikisi uşaq olmaqla beş nəfər aclıqdan ölüb. Bu, bölgədə humanitar fəlakətin dərinləşdiyini bir daha göstərir.

Son iki ildə artan faciəvi statistika

Qəzza rəsmilərinin məlumatına görə, yalnız bu ilin əvvəlindən indiyədək aclıqdan ölənlərin sayı 163-ə çatıb. 2024-cü ildə bu göstərici 50 nəfər, 2023-cü ildə isə 4 nəfər olub.

Hazırda bölgədə həm ərzaq, həm də tibbi ləvazimat çatışmazlığı müşahidə olunur. Beynəlxalq təşkilatlar Qəzzada aclığın geniş miqyas almasının qarşısını almaq üçün təcili humanitar yardım çağırışları edirlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031