xebermen.az

ATƏT-dən Vaşinqton görüşünə reaksiya

10-08-2025, 18:06

 

"Biz avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayırıq".

Bunu ATƏT-in Baş katibi Feridun Sinirlioğlu bildirib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi bu münasibətlə təbrik edir, ABŞ Prezidenti Donald Trampın bu razılaşmanın baş verməsində liderlik rolunu yüksək qiymətləndiririk.

ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiqdir. ATƏT avqustun 8-də qəbul edilmiş Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır", - deyə baş katib qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031