xebermen.az

Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?

10-08-2025, 18:00

Əvvəlki illərlə müqayisədə bu yay rayonlardan Bakıya gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Halbuki ötən illərdə yay tətili müddətində paytaxtda insan sıxlığı nisbətən azalırdı.

Mövzu ilə bağlı Sosioloq Sahib Altay Bizim.Media-ya açıqlama verib. O bildirib ki, yay aylarında paytaxt sakinləri istirahət üçün rayonlara üz tutduğu kimi, bölgələrdə, xüsusilə kəndlərdə yaşayan insanlar da Bakıya gəlməyə üstünlük verirlər:

“Bakı, Azərbaycanda həm şəhər statusuna, həm də müasir şəhər görüntüsünə sahib yeganə məkandır.

Rayon və kənd sakinlərinin paytaxtı görmək, gəzmək arzusu hər zaman olub. Digər mühüm amil isə dənizdir – yay mövsümündə insanların burada toplaşmasının əsas səbəblərindən biri də məhz budur. Bu səbəbdən yay aylarında paytaxtda sıxlıq artır”, - deyə sosioloq bildirib.

Sosioloqun sözlərinə görə, digər fəsillərdə Bakıya gələn, lakin paytaxtın sıxlığına dözə bilməyən bir çox insan geri qayıdır:

“Artıq Bakı yaşaması çətin bir şəhərə çevrilib. İnsan sıxlığı ciddi problemlər yaradır. Yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu bölgələrdə infrastrukturun inkişaf etdirilməsi ola bilər”, - deyə o, bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031