xebermen.az

Bu ölkələr Azərbaycanla Ermənistan arasındakı razılaşmanı alqışladı

9-08-2025, 09:37

 

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.

Bunu nazirliyin rəsmi sözçüsü, səfir Sufyan əl-Qudat bildirib.

Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.

XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.

Bundan öncə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayıb.

Bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda yer alıb.

Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.

Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı Şurası da Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930