xebermen.az

Tokayevdən Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmaya reaksiya

9-08-2025, 09:33

 

Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə tarixi nailiyyətdir.

Bu barədə bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi dövlət başçısının adından açıqlayıb.

Tokayevin sözlərinə görə, bu sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və diplomatik münasibətlərin qurulmasına, onlar arasında davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb.

Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da Azərbaycan və Ermənistan arasında bu cür mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib, Almatıda sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930