xebermen.az

Qəhvə ilə bağlı deyilənlər mif imiş

8-08-2025, 09:58

 

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib.

İspaniyanın La Razon nəşrinə danışan kardioloq Aurelio Roxas bu fikirin doğru olmadığını bildirib.

Mütəxəssisin sözlərinə görə aparılan tədqiqatlar qəhvə istehlakının demensiya (ağıl zəifləməsi) və idrak funksiyalarının azalması riskini azaldığını göstərib, lakin qan təzyiqinin yüksəlməsi ilə əlaqəsi tapılmayıb.

"Qəhvə mərkəzi sinir sistemini stimullaşdıran güclü maddədir. Ona görə də içəndən sonra insan özünü daha enerjili hiss edir, diqqəti artır və zehni yorğunluq azalır. Lakin bu təsirlər yalnız qəhvə normadan artıq qəbul edilmədikdə olur", - deyə Roxas bildirib.

Qeyd edək ki, daha əvvəl kardioloq Denis Sokolov aritmiya səbəbləri barədə danışarkən qeyd etmişdi ki, bu problem artıq çəki ilə də əlaqəli ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930