xebermen.az

Ermənistan təxribatından zərər çəkmiş azərbaycanlı: "Əsir götürüldükdən sonra güllələndim"

7-08-2025, 19:50

 

Avqustun 7-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Şərif Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, noyabr ayında Xocavənd istiqamətində yaralanaraq əsir götürüldüyünü bildirib.

O, əsirlikdə döyüldüyünü, yaraları sıxılmaqla və başqa üsullarla işgəncələrə məruz qaldığını deyib.

Zərərçəkmiş şəxs bildirib ki, əsir götürüldükdən sonra başqa yerə, - sonradan öyrəndiyinə görə, İrəvan şəhərinə aparılıb. Qeyd edib ki, əsir düşməzdən əvvəl döş qəfəsindən və hər iki ayağından yaralanıbmış. Əsir götürüldükdən sonra erməni hərbçilər rus və erməni dillərində sözlər deyərək ondan təkrarlanmasını istəyiblər. Həmin ifadələri təkrarlamadığına görə sağ ayağının pəncə nahiyəsindən güllələnib.

Ş.Əliyev təqsirləndirilən şəxs David Babayanın suallarına cavabında bildirib ki, əsir götürülməzdən əvvəl dörd nəfər hərbçi yoldaşı şəhid olub, özü və daha bir nəfər hərbçi yoldaşı yaralanıb. Ağır vəziyyətdə yaralı olan həmin azərbaycanlı hərbçi Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən "yoxlama vuruşu" ilə qətlə yetirilib. Ş.Əliyev isə əsir götürülüb.

O, təqsirləndirilən şəxs Davit İşxanyanın suallarına cavabında Azərbaycana qaytarıldıqdan sonra Gəncədə klinikada əməliyyat olunduğunu söyləyib.

2020-ci il dekabrın 15-də Azərbaycana qaytarılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930