xebermen.az

Dünyanın ən uzun asma körpüsü bu ölkədə olacaq: Görün neçəyə başa gələcək

7-08-2025, 19:49

 

İtaliya hökuməti Siciliya adasını materiklə birləşdirəcək dünyanın ən uzun asma körpüsünün tikintisini təsdiqləyib.

Messina boğazı üzərində salınacaq körpü 3,3 kilometr uzunluğunda olacaq və layihənin ümumi dəyəri 13,5 milyard avro təşkil edir.

Nəqliyyat və İnfrastruktur naziri Matteo Salvini bildirib ki, bu körpü Siciliya və Kalabriya bölgələrinin inkişafını sürətləndirəcək və on minlərlə yeni iş yeri yaradacaq. Körpü ortasında iki dəmir yolu xətti, hər iki istiqamətdə isə üçzolaqlı avtomobil yolu olmaqla inşa ediləcək.

Lakin layihə yerli əhali və ətraf mühit müdafiəçiləri tərəfindən tənqid olunur. Onlar bu qədər vəsaitin başqa sahələrə xərclənməsinin daha məqsədəuyğun olduğunu bildirirlər.

Layihənin 2032-ci ildə tamamlanması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930