xebermen.az

Türkiyədə "ət yeyən" bakteriya yayılıb? – Nazirlikdən açıqlama

6-08-2025, 16:31

 

Türkiyədə son günlər dəniz suyunun istiliyinin artması ilə əlaqədar olaraq "ət yeyən bakteriya" kimi tanınan Vibrio haqqında narahatlıq yaranıb. Bu bakteriyalar açıq yaralardan bədənə keçərək ağır infeksiyalara səbəb ola bilər.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi xəbərdarlıq edib ki, Vibrio bakteriyaları Baltik və Şimal dənizlərindən sonra digər sahillərdə də aşkarlanıb. ABŞ-da son yoluxma halları 4 nəfərin ölümünə səbəb olub.

Türkiyədə isə vəziyyət fərqlidir. Səhiyyə Nazirliyi açıqlayıb ki, 2025-ci il üzrə ölkədə Vibrio bakteriyası ilə bağlı heç bir yoluxma halı qeydə alınmayıb.

Mərmərə, Egey və Aralıq dənizlərində su analizlərində Vibrio bakteriyalarının DNT izlərinə rast gəlinib, lakin insanlarda yoluxma aşkar edilməyib.

Nazirlik vətəndaşları rəsmi mənbələrə əsaslanmağa çağırıb və hər hansı təhlükə halında ictimaiyyətin məlumatlandırılacağını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930