xebermen.az

Çində istiyə dözməyənlər "bomba sığınacaqları"nda nahar edir

2-08-2025, 08:45

 

Çində insanlar anomal istidən xilas olmaq üçün orijinal yollar tapırlar.

Bir çox çinli dəhşətli istilərdən metroda gizlənərək xilas olur.

Çinin cənub-qərbində yerləşən Çonqinq şəhərində həddindən artıq qızmar hava hökm sürür: 32 milyona yaxın əhalisi olan şəhərdə havanın temperaturu 40 dərəcəni keçib. Avqustun 3-də havanın temperaturunun 44 dərəcəyə çatacağı proqnozlaşdırılır ki, bu da şəhərin 38 rayonundan 21-də qırmızı hava xəbərdarlığının elan edilməsinə səbəb olub.

Hava şəraitinə görə şəhər sakinləri metronun sərin vestibüllərində vaxt keçirnəyə başlayıblar. Burada yaşlı sakinlər toplaşaraq kart belə oynayır.

Bəzi yerli sakinlər isə restoranlara çevrilmiş köhnə bomba sığınacaqlarında nahar edirlər.

Bundan əvvəl Çin sosial mediasında istidən qorunmaq üçün qovunla yatmaq populyarlaşmışdı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930