xebermen.az

Rusiyanın Kiyevə raket hücumunda ölənlərin sayı 26-ya çatdı

1-08-2025, 09:49

 

Rusiyanın Kiyevdə çoxmərtəbəli yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26 nəfərə çatıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər xilasedicilər Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 10 nəfərin cəsədini, o cümlədən 2 yaşlı uşaqı çıxarıblar.

"16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb", - Fövqəladə Hallar Xidməti əlavə edib.

Xidmətin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib. Ərazidən 2000 tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930