xebermen.az

Qədim yazıda Musa peyğəmbərin izi arxeoloqları heyrətləndirdi

30-07-2025, 09:48

 

Misirin Sina yarımadasında yerləşən 3 800 illik qədim mədənlərin divarında tapılan protosinay yazısı tədqiqatçılar arasında böyük maraq doğurub. İsrailli tədqiqatçı Maykl Bar-Ron bu yazını "zot mi-Moşe" (ivrit dilində "bu Musadan gəlir") kimi oxuyur. Bu isə Bibliyada qeyd olunan Musa peyğəmbərin izlərini real arxeoloji sübutlarla bağlaya bilər.

Yazının XII sülalə dövründə - təxminən eramızdan əvvəl 1800-cü illərdə orada işləyən qullar tərəfindən yazıldığı güman edilən 20-dən çox yazıdan biri olduğu bildirilir.

Qeyd edilir ki, bu yazılar arasında "Əl" adlı tanrının adı və Misir tanrıçası Hatxorun silinmiş adı da var ki, bu da həmin dövrdə dini qarşıdurmaların mövcudluğunu göstərir.

Bar-Ron bildirir ki, yazılar arasında köləlik, nəzarətçilər və Baalt kultuna qarşı üsyan barədə qeydlər də yer alır. Bəzi tarixçilər bu dövrü və firon III Amenemhetin "Çıxış" kitabındakı hekayələrlə əlaqələndirirlər.

Lakin digər ekspertlər ehtiyatla yanaşır və bu yazıların tam mənasının hələ də mübahisəli olduğunu bildirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930