xebermen.az

20 ildir iflic olan qadın düşüncəsinin köməyi ilə şəkillər çəkdi

30-07-2025, 09:48

 

ABŞ-də 20 ildir tam iflic vəziyyətində yaşayan Odri Kruz, İlon Maskın təsis etdiyi "Neuralink" şirkətinin beyin çipi vasitəsilə kompüterdən istifadə etməyə nail olub.

Məlumata görə, 16 yaşında avtomobil qəzası keçirən və boyun fəqərələrindən ağır zədə alaraq hərəkətsiz qalan 36 yaşlı Odri bu ayın əvvəlində beyninə implant yerləşdirildikdən sonra ilk dəfə yazı yazmağı bacarıb.

"20 ildən sonra ilk dəfə adımı yazmağa çalışdım. Hələ öyrəşirəm, amma bu inanılmaz hissdir", -deyə o, sosial şəbəkədə sevincini paylaşıb.

"Neuralink"in "N1" adlı beyin implantı beynin hərəkət zonasına yerləşdirilib. Çip beyindən gələn elektrik siqnallarını qəbul edir və "Bluetooth" vasitəsilə kompüterə ötürür.

Bu texnologiya sayəsində Odri artıq yalnız düşüncələrinin gücü ilə kompüterdə şəkil çəkə, yazı yaza və siçanı idarə edə bilir.

"Elə bil işarə barmağım "sol klik", biləyim isə kursor olur. Sadəcə düşünürəm və hərəkət edir", - deyə Kruz bildirib.

Odri Kruz bu proseduru keçirən dünyada ilk qadındır. Hələ ki, bu texnologiya iflic xəstələrinə yalnız cihazları idarə etməyə imkan verir, amma gələcəkdə daha böyük funksiyaların mümkün olacağı gözlənilir.

İlon Mask da onun paylaşımına reaksiya verərək yazıb:

"O, kompüteri sadəcə düşünərək idarə edir. Çox insan bunun mümkün olduğunu hələ anlamır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930