xebermen.az

Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj: Maneə deyil, fürsətdir

29-07-2025, 11:41

 

İran prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.


İran Rəyasət Heyətinin rəsmi internet saytında dərc olunan açıqlamaya əsasən, Pezeşkian birbaşa Zəngəzur dəhlizini qeyd etməsə də, məsələni dolayı yolla şərh edib.


“Qonşularımız və region ölkələri ilə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdə nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmaq lazım deyil”, - lider deyib.


İran prezidenti sərhəd keçidlərinə maneə deyil, fürsət kimi baxılması lazım olduğunu vurğulayıb:


"Qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmaq lazımdır. Həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələri genişləndirməyi düşünməliyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031