xebermen.az

Ballıca kəndinə növbəti köç karvanı yola düşür

28-07-2025, 13:09

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ağdam rayonunun Dörd yol adlanan ərazidən yola salınan budəfəki köç mərhələsində 17 ailə olmaqla, 62 nəfər yeni evlə təmin olunacaq.

Ballıca kəndinə köçürülən ailələr bu gün sözügedən kənddə yeni evlərlə təmin ediləcəklər.

Qeyd edək ki, köçürülən ailələr məskunlaşdıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yola salınacaqlar.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930